Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan amilinin artan əhəmiyyəti

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.

Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası 1994-cü ilin sentyabrında 15 dövlətdən 33 şirkətin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi”nin reallaşması üçün labüd şərait yaratdı. Bu, Azərbaycan Respublikasının imza atdığı ilk beynəlxalq neft anlaşması idi və ilk gündən adı, tarixi önəmi və gələcəyə hesablanmış strateji mahiyyəti ilə müstəqillik salnaməmizdə ən layiqli yerini tutdu.

Son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük layihələr imzalanmışdır.  Burada “Şahdəniz-2”, TANAP və TAP layihələrini xüsusi ilə vurğulamaq olar.

Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev çox gözəl şəkildə bildirmişdi: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.”  Eyni zamanda, dövlətimizin başçısı “Şahdəniz” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə əmin olduğunu bəyan etmişdir.

Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə – iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Geosiyasi ədəbiyyatda hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi dedikdə, bütün ölkənin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsilə xarici və daxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur. Xarici təhdidlərə geosiyasi, xaricdən qaynaqlanan makroiqtisadi xarakterli problemləri, daxili təhlükəsizliyə isə ölkənin milli enerji sektoru ilə birbaşa bağlı olan məsələləri aid edirlər.

Enerji təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri aşağıdakılardır:

– strateji və mühüm obyektlərin enerji ilə etibarlı təmin olunması;

– sərf edilmiş yanacaq ehtiyatlarının yerinin doldurulması;

– yanacağın və enerji növlərinin diversifikasiyası (şaxələndirilməsi);

– ekoloji tələblərin nəzərə alınması;

– enerji ehtiyatlarından səmərəsiz istifadənin qarşısının alınması;

– daxili və xarici bazarlarda enerji ehtiyatlarının lazımi gəlir gətirməsi və səmərəli ixrac üçün azad iqtisadi şəraitin yaradılması və s.

Dünya iqtisadi böhranının 2014-cü illdən başlayaraq Azərbaycan iqtisadiyyatına təsiri bir sıra problemlər yaratdı. Beləki 2015-ci ildə milli pul vahidi olan manatın iki dəfə devalvasiyaya uğraması, bank sektorunda yaranan çox ciddi probləmlər bir sıra qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaratdı. Bu problemləri həll etmək üçün qəbul edilən strateji yol xəritələri bütövlükdə iqtisadi inkişafı stimullaşdırmaqla yananaşı iqtisadi təhlükəsizliyin təmin edilməsinə yeni yanaşmanı da zəruri etmişdir. Xüsusi olaraq onu vurğulamaq vacibdir ki, mili iqtisadiyyatın inkişaf strategiyası, ən birinci dövlətin doğru və dürüst və effekktiv iqtisadi siyasətinə əsaslanmaq şərti ilə ölkədə sosial-iqtisadi münasibətlərin inkişafa təhlükələr yaradan daxili və xarici faktorların müdafiəsini təmin etməlidir. Alimlərın zənnincə, makro, mikro və mezo səviyyələrdə bu və ya başqa təsərrüfat qərarlarının (layihələrinin) icrası zamanı hər bir yeniliyin iqtisadi tədqiqi potensial ümumi təhlükəsizlik müddəasına əsaslanmalıdır, həm də sosial-iqtisadi və ekoloji təhlükəsizliyə xüsusi fikir verilməlidir. Buna əsasən də birincisi, tədqiq edilən obyektin üstünlükləri, yaxud da çatışmazlıqlarının iqtisadi tədqiqi mütləq innovasiya layihəsinin, yaxud da qərarının verilən variantının icrasının məqsədə müvafiqliyi barədə ekspert rəyi qəbul edilənədək həyata keçirilməlidir; ikincisi, effekktivliyin tədqiqinin dövrlərində ölkənin sosial-iqtisadi, döyüş, ekoloji, demoqrafik və s.

Təhlükəsizliyinin təminatını nəzərə almaq və bu layihənin icrasının mümkün neqativ nəticələrini aradan qaldırmaq vacibdir; üçüncüsü, yüksək iqtisadi effekktivliyin təminatı üçün dövlətin, reqionların, sahibkar strukturlarının və ümumilikdə istimaiyyətin maraq dairələrinin optimal səciyyəsinə çatmaq böyük sahibdir. Bunun üçün idarəetmə və təsərrüfatçılığın səviyyələrində ölkənin sosial-iqtisadi strategiyası, proqramları və layihələrinin elmi-iqtisadi əsaslandırılmasının ən yüksək səviyyəsi tələb edilir.

Hər bir layihənin icrası o zaman məqsədəmüvafiq olar ki, bundan əldə edilən ictimai mənfəət, başqa eyni şərtlər altında, ictimai xərclərdən çox olsun.

İqtisadi təhlükəsizlik iqtisadiyyatın elə bir halıdır ki, bu hal onun daima yüksələn inkişafa, sosial vəzifələrin effekktiv şəkildə həll edilməsinə şərait yaradır və dövlət müstəqil iqtisadi siyasət hazırlayaraq onu yerinə yetirmək iqtidarında olur. Bu cəhətdən dövlət iqtisadi münasibətlərin və ümumilikdə mili iqtisadiyyatın inkişafının və iqtisadi təhlükəsizliyin təmininə daima dərin nüfuz edir.

Dövlətin reallaşdırdığı iqtisadi siyasətinin əsas məqsədi bazar şəraitində müstəqil dövlətçiliyə yiyələnməklə, milli iqtisadiyyatın təhlükəsizliyini daima yüksələn və tarazlı inkişafının təminindən ibarətdir. Dövlətin reallaşdırdığı iqtisadi siyasətinə bütöv müvafiq işlənib hazırlanmış milli iqtisadiyyatın inkişaf strategiyası öz real əksini ölkənin makroiqtisadi inkişafında və o cümlədən ümumilikdə ictimaiyyətin sosial qrup və təbəqələrinin həyat keyfiyyətində tapmalıdır. Bu cəhətdən dövlətin reallaşdırdığı iqtisadi siyasətinin işlənib hazırlanmasında, ölkənin elmi potensialının, müvafiq strukturların və geniş zəhmətkeş kütlələrinin fəal iştirakı təmin edilməlidir.

İqtisadiyyatın inkişaf strategiyası dövlətin doğru və dürüst və effekktiv iqtisadi siyasəti ilə formalaşmaqla, ölkənin hal-hazırkı iqtisadi-maliyyə strategiyalarından istifadəsinin effekktivliyinin artırılmasının məqsədə uyğun fəaliyyətinin toplusunu özündə əks etdirmiş olur. Unutmaq yol verilməzdir ki, ölkənin sosial-iqtisadi inkişaf haqda hazırlanan və qəbul edilən qərar, qətnamələr dövlətin siyasətini özündə ifadə edir.

Aydındır ki, bu zaman hökümətin reallaşdırdığı iqtisadi siyasət, elmi- texniki, aqrar siyasət, o cümlədən qiymət və gəlir siyasəti, investisiya siyasəti, təbiətdən istifadəsi və ətraf mühitin qorumaqsi siyasəti, xarici-iqtisadi münasibətlərin və fəaliyyətin təmini və s. nəzərdə tutulur. Şübhəsizdir ki, bu vacib istiqamətlərdən hər birinin milli iqtisadiyyatın inkişaf strategiyasının təhlükəsizliyinin təminində özünə məxsus rolu vardır. Göründüyü şəkilində, ətraflı əsaslandırılmış iqtisadi siyasət işlənib həyata keçirilmədən, iqtisadiyyatın stabil, davamlı və daima yüksələn inkişafının təmini qeyr-mümkündür.

Aydındır ki, yeni ictimaiyyətin maddi-texniki bazasının və istehsal münasibətlərinin formalaşdırılması, inkişafı milli iqtisadiyyatın inkişaf strategiyasının əsas yollarını təşkil etməlidir. Bu cəhətdən milli iqtisadi inkişaf strategiyasının yollarındən biri sosial təbəqələrin, qrupların və ümumilikdə ictimaiyyətin maraq dairələrinin doğru və dürüst əlaqələndirilməsidir. Aydındır ki, iqtisadi maraqlar təkcə iqtisadi siyasətin özünün yerinə yetirilməsi gedişatında reallaşmır. Onlar təkcə dövlətin siyasətində əməli şəkildə yerinə yetirilir. Bazar şəraitində dövlətin reallaşdırdığı iqtisadi siyasətinin rolu öncə bildirdiyimizə rəğmən, bir artım olur ki, bu da obyektiv olaraq ən birinci yeni istehsal münasibətlərinin formalaşması ilə bağlıdır. Müasir dövrdə də dövlətin reallaşdırdığı iqtisadi siyasətinin əsas yolları onunla müəyyənləşdirilir ki, ictimaiyyətimiz bazar quruluşunun keçid dövründə olduğundan, çox sosial- iqtisadi məsələlər həll edir.

İqtisadi təhlükəsizlik məsələlərini araşdıran alimlar iqtisadi prosesləri ayrı-ayrı aspektlərdən nəzərdən keçirərkən ayrı-ayrı dövlətlərdəki hal-hazırdakı şəraitə əsasən təsnifləşdirmə aparırlar və haqlı olaraq bu dövlətlər içərisindən keçid iqtisadiyyatlı ölkələri verirlər. Sanki bunlarla bu dövlətlərdə bu məsələnin kəskin və aktual olduğunu qeyd etmək istəyirlər.

Bu səbəbdən, Azərbaycan dövləti düşünülmüş və elmi cəhətdən qiymətləndirilmiş daxili və xarici siyasətə sahib olmalıdır. Bu vacib strateji istiqamətlərdə ən ümdə yeri milli iqtisadiyyatın inkişafı ilə bağlı milli maraqlar əsas yer tutur. Bu cəhətdən zənn edirik ki, milli iqtisadiyyatın inkişaf strategiyası milli zəmində formalaşmaqla, bir-birilə bağlı olan bu əsas prosesləri əhatə etməlidir:

  • iqtisadiyyatın milli səpgidə formalaşması və inkişafını;
  • Azərbaycanın milli sərvətlərindən, ümumilikdə sosial-iqtisadi potensialından, bütöv və effekktiv istifadədə, daxili bazarı xüsusən yerli məhsulla ödəməyi və ölkənin dünyada yerinin daha da güclənməsini;

2006-cı ilin noyabrında Brüsseldə “Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması həm Azərbaycanın, həm də Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə oldu. 2007-ci ilin may ayında Krakov şəhərində təşkil olunmuş enerji sammiti bu sahənin təhlükəsizlik məsələlərinin Avropa üçün getdikcə daha qlobal səciyyə daşıdığını, mühüm geosiyasi reallıqlarla şərtləndiyini növbəti dəfə təsdiqlədi. Polşa, Azərbaycan, Gürcüstan, Litva və Ukrayna prezidentlərinin, eləcə də, Qazaxıstanın dövlət nümayəndələrinin iştirak etdiyi bu sammitdə enerji sahəsində yeni subregional inteqrasiya modeli yaratmağın vacib olduğu vurğulandı. Sammit çərçivəsində müzakirə olunmuş Odessa-Brodı-Qdansk marşrutu Qara dənizə çıxarılan neftin Baltik dənizi sahilinə çatdırılmasını, oradan Avropa və dünya bazarlarına daşınmasını nəzərdə tutur. 2007-ci ilin oktyabrında Litvanın paytaxtı Vilnüs şəhərində “Vilnüs enerji təhlükəsizliyi konfransı – 2007: məsul tərəfdaşlar üçün məsul energetika” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən dövlətlər Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına daşınması üçün milli şirkətlərin iştirakı ilə yeni konsorsiumun – “Sarmatiya”nın yaradılması barədə razılığa gəlmişlər. Bu konsorsiumun əsas məqsədi Azərbaycan, Gürcüstan, Ukrayna və Polşanın ərazisindən keçməklə, Xəzər dənizindən Avropaya və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin reallaşdırılmasını təmin etməkdən ibarətdir. Tədqiqatçıların fikrincə, belə bir konsorsiumun yaradılması Avropa Birliyinin enerji təhlükəsizliyi maraqlarına tam cavab verir. 2008-ci il noyabrın 13-14-də Bakıda keçirilən enerji sammitində NABUCCO qaz layihəsinin reallaşmasında Azərbaycanın əsas söz sahibi olduğu bir daha aydınlaşdı.

Azərbaycan dövlətinin neft-qaz kəmərlərini şaxələndirməsi təkcə ölkənin enerji təhlükəsizliyinə xidmət etmir, eyni zamanda, transmilli enerji ixracının daha səmərəli və məqsədyönlü təşkilinə müsbət təsirini göstərir. Hazırda Azərbaycan nefti üç istiqamət üzrə – Bakı-Tbilisi-Ceyhan vasitəsilə Aralıq dənizinə və dünya bazarlarına, Bakı-Supsa və Bakı-Novorossiysk xətləri vasitəsilə Qara dəniz limanları və Avropa bazarlarına çıxarılır. Növbəti layihə kimi, Bakı-Supsa xəttinin Odessa-Brodı-Plotsk-Qdansk marşrutu ilə Şərqi Avropaya qədər uzadılması nəzərdə tutulur. Bu məqsədlə “Sarmatiya” adlı müştərək şirkətin təsis edilməsi də prosesin yaxın perspektivdə sürətlənəcəyinə dəlalət edir. Bundan sonra Xəzər dənizinin enerji ehtiyatlarının nəqli üçün Avropa bazarlarına əlavə marşrutların reallaşdırılması yönündə əməli addımlar atılması nəzərdə tutulur.

Bu gün Xəzər hövzəsindən neftin və qazın dünya bazarlarına çatdırılması yollarının şaxələndirilməsi ABŞ və Qərb dövlətlərinin geosiyasi maraqlarına da tam cavab verir. Onlar Avropa bazarlarına neft göndərilməsi üçün Avrasiya neft nəqli dəhlizi sistemində Odessa-Brodı neft kəmərinin işə salınmasını, bölgənin karbohidrogen ehtiyatlarının etibarlı və təhlükəsiz nəqli üçün Xəzər-Qara dəniz və Xəzər-Baltik dənizi Enerji Tranziti Məkanının yaradılması təşəbbüslərini davam etdirməyi vacib sayırlar. Bundan başqa, Qərb tərəfdaşları hesab edirlər ki, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına nəqli regional əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir göstərir, dünyada enerji ehtiyatlarının hasilatçı, istehlakçı və tranzit ölkələrinin qarşılıqlı faydalı maraqlarını təmin edir. Bu dövlətlər Azərbaycanın Avropa və dünyanın enerji bazarlarına alternativ marşrutlar axtarma və ixracı şaxələndirmə siyasətini, NABUCCO da daxil olmaqla, Gürcüstan, Türkiyə, Rumıniya, Bolqarıstan və s. kimi etibarlı, qeyri-asılı tranzit ölkələrinin ərazisi ilə yeni-yeni neft və qaz ixracı marşrutlarının yaradılması səylərini dəstəkləyirlər.

Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi, Avropa İttifaqı – Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəltmişdir. Bunun nəticəsidir ki, yuxarıda qeyd edildiyi kimi, 2006-cı il noyabrın 7-də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair xüsusi Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq Türkiyə-Yunanıstan qaz kəmərinin 2007-ci il noyabrın 18-də istismara verilməsi ölkəmizlə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın, həmçinin enerji tranzitinin yeni istiqamətini yaratmışdır. Bu kəmər Azərbaycan, Türkiyə və Yunanıstan üçün böyük geosiyasi əhəmiyyət daşımaqla bərabər, həm də enerji sahəsində bölgədə yeni transmilli iş birliyinin əsasını qoyur.

Azərbaycanın xarici siyasətində enerji amili öz əhəmiyyətli mövqeyini qorumaqda davam edir. Müxtəlif liderlərin hakimiyyətləri dövründə Azərbaycanın ümumi xarici siyasət strategiyasında ciddi dəyişikliklər nəzərə çarpsa da, Azərbaycanın enerji siyasəti 25 il boyunca əsasən bənzər hədəflərə yönəlmişdir. Azərbaycan bu siyasətlər nəticəsində hazırda öz enerji təhlükəsizliyini təmin edə bilir, eləcə də bəzi digər dövlətlərin enerji təhlükəsizliyində də əsas rollardan birini oynayır.

Bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti,  UNESCO və  ISESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyeva Avropa parlamentinin Parisdəki ofisində “Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş” mövzusunda  beynəlxalq konfransda çıxışında bildirmişdir:  Azərbaycan hələ 150 il öncə sənaye üsulu ilə neft hasil edən ilk ölkə olub. 1901-ci ildə dünya neftinin 50 faizi bizim ölkədə hasil edilirdi. İlk neft bumu digər əsas iştirakçılarla yanaşı, Nobel qardaşları, Şell-Transport və Rotşild Banking House şirkətlərinin iştirakı ilə baş tutdu. İkinci Dünya müharibəsində Azərbaycan Sovet İttifaqının neft təchizatının ümumi həcminin 70 faizdən çoxunu təkbaşına təmin edirdi və bu, faşizm üzərində Qələbəyə böyük töhfə oldu.

İyirminci əsrin axırlarında müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan elə bir investisiya mühiti yaratdı ki, dünyanın bir çox aparıcı enerji şirkətləri neft və qaz sektorumuza sərmayə qoymağa başladılar.

1994-cü ildə dünyanın aparıcı neft şirkətlərindən ibarət konsorsiumla “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizinin resurslarını beynəlxalq aləmə açdı.

Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi idi. O, tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirdi. Biz, həmçinin Xəzərin şərq sahilindən Avropa və beynəlxalq bazarlara neft təchizatçıları üçün çıxışın təmin edilməsində tranzit ölkə kimi öz rolumuzu oynayırıq. Biz təchizatda olduğu kimi, tranzitdə də etibarlı ölkəyik.

Digər tarixi nailiyyət qazımızın ixracı üçün dəhliz açmış Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi oldu.

Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir

Bakı Slavyan Universitetini İbtidai təhsil kafedrasının baş müəllimi

Mirzəyeva Sevda Nürəddin qızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir