“AQAT-Silver” böyüməkdə davam edir – FOTOLAR

20 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərən AQAT mağazalar şəbəkəsi yeni müasir formada Gəncə şəhərində qapılarını müştərilərin üzünə açıb.

Şəhərin mərkəzində yerləşən “AQAT-Silver” təbii daşlar mağzasında 300-dən çox təbii daş növü mövcuddur.

Açılış mərasimində tanınmış ictimaiyyət xadimləri, ziyalılar, media nümayəndələri iştirak ediblər.

Mağazalar şəbəkəsinin rəhbəri Aslan Abbaszadə jurnalistlərə müsahibəsində bildirib ki, hazırda mağazada dünyanın müxtəlif ölkələrindən hər növ, geniş çeşidli təbii, müalicəvi daşlar, xanımlar və bəylər üçün kulonlar, boyunbağılar, qolbaqlar, üzüklər, breloklar, təsbehlər, suvenirlər, minerallar, ev aksessuarları və s daşlar mövcuddur. Bununla yanaşı mağazada hər bir bürcə uyğun olaraq təbii daşlar da var. Alınan bütün məhsullara 100 faiz və ömürlük zəmanət verilir. Təbii daş alan hər bir müştəriyə daşların xüsusiyyətləri və özəllikləri barədə resept təqdim edilir.

Sevdiklərinizi sevindirmək və onunlar bu möcüzəvi, müalicəvi daşlardan zövqlə hazırlanmış müxtəlif bəzək əşyalarından, suvenirlərdən hədiyyə etmək istəyirsinizsə, AQAT Silver-ə baş çəkməyiniz yetər.

AQAT – gözəllik və sağlamlıqdır

Əlaqə üçün 050 633 93 33

www.aqat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir