YAP Beyləqan rayon təşkilatının yaradılmasının 31-ci ildönümü qeyd edildi

20 fevral 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının yaradılmasının 31-ci ildönümünə həsr olunan tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov tədbir iştirakçılarını təbrik edərək rayon təşkilatının 31 illik fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirildi ki, təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın həyatında önəmli yeri vardır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin keşməkeşli günlərində xalqımızın ağır sınaqlara məruz qaldığı bir dövrdə 1992-ci ilin noyabr ayının 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmışdır. Yeni Azərbaycan Partiyası tarixi zərurətdən, zamanın tələbindən, xalqın istəyindən, qurtuluş yolu axtaran cəmiyyətin sosial sifarişindən, ən başlıcası dahi Heydər Əliyev şəxsiyyətinin əzəmətindən yaranmışdır.

Bu gün YAP Beyləqan rayon təşkilatının yaradılmasının 31-ci il dönümünü çox mühüm əlamətdar tarixi bir dövrdə, 7 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti, Partiyamızın sədri cənab İlham Əliyevin yenidən ölkəmizə Prezident seçildiyi bir dövrdə qeyd edirik.

Daha sonra çıxış edən veteran partiya üzvü Fədayət Rüstəmov, Ərazi Partya Təşkilat sədrləri Tahir Abdullayev və Elbrus Rəsulov rayon təşkilatının yaradılmasının 31-ci il dönümü münasibəti ilə bütün partiya üzvlərini təbrik etdilər və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra yığıncaq iştrakçıları Beyləqan rayonunun Şəhidlər Xiyabanını ziyarət edərək xiyaban ərazisində iməcilik aksiyası həyata keçirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir