“Xüsusi bacarıqların inkişafı ilə istedadlı şagirdlər arasında sosial inklüziyanın tətbiqi” layihəsi çərçivəsində xüsusi kurslar davam edir

Zəngilan rayonu 33 saylı tam orta məktəbi tərəfindən həyata keçirilən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində dəstəklədiyi “Xüsusi bacarıqların inkişafı ilə istedadlı şagirdlər arasında sosial inklüziyanın tətbiqi” layihəsi üzrə fəaliyyətlərin icrası yerinə yetirilir.

Layihənin məqsədi sosial inklüziya “alət”lərindən istifadə etməklə sosial problemli, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən, yaxud müxtəlif sosial səbəblərdən dəstək göstərilməsi tələb edilən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi və bu yolla onların cəmiyyətə daha sıx və effektiv inteqrasiya olunmasından ibarətdir.

Hazırda xüsusi kurslara cəlb edilən şagirdlər üçün art terapiyadan istifadə etməklə seanslar və əl işlərini özündə birləşdirən xüsusi dərslər təşkil olunur. Xüsusi kurslara 15 nəfərlik qrup cəlb edilib və oraya iştirakçı seçimi şagirdlərin mövzulara olan maraqları, ümumi görüş nəticəsində əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslanıb. Xüsusi kurslar bu ayın sonuna kimi davam edəcək.

Öyrədici təlimlərə seçim zamanı qrupların təşkili iştirakçı şagirdlərin təlimlərdəki mövzulara  maraqları, bundan əlavə, onların ümumi dünyagörüşü nəticəsində əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslanıldı.

Layihənin növbəti ayında isə İctimai müzakirələr üzrə seminarlar və yekunda layihəyə cəlb ounan şagirdlərin hazırladıqları əl işlərindən ibarət “İstedadları tanıyaq” sərgisinin təşkili nəzərdə tutulub.

Layihənin bu ilin fevralında başa çatması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir