Şahin İsmayılov: Qalib ölkənin qalib gəncləri qalib xalqın qalib liderini dəstəkləyəcək

Azərbaycanda gənclərlə iş sahəsində xeyli uğurlar əldə edilib. Gənclərlə bağlı görülən işlər ümumilikdə ölkənin inkişafına hesablanıb. Müstəqilliyimizin ilk illərindən başlayaraq Ulu Öndər Heydər Əliyev gənclərlə işin səmərəliliyinə xüsusi diqqət yetirirdi. Ölkəni xaosdan və böhrandan xilas edən Ulu Öndər yaxşı bilirdi ki, eyni anda yeniyetmə və gənclərin hərtərəfli inkişafı istiqamətində mütərəqqi addımların atılması lazımdır. Bu addım Azərbaycanın gələcəyi üçün düşünülmüş strategiyanın bir parçası idi. Bu gün gənclərin coşqu ilə qeyd etdiyi “2 fevral – Gənclər Günü” də Ümummilli Lider Heydər Əliyevin gördüyü işlərdən biridir. Bu gün həm bayram kimi, həm hesabat xarakterli tədbirlər məcmusu kimi, həm də gələcək planlar kimi ehtiva olunur.

Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyev də hakimiyyəti illərində bu sahəyə xüsusi diqqət yetirdi. Gənclər daim ölkə Prezidentinin diqqət və qayğısı ilə əhatə olundu. Gənclərlə bağlı görülən əməli işlər özünü bütün sahələrdə göstərirdi. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinin nəticəsində ölkədə savadlı, potensiallı və öz milli kimliyinə, soykökünə bağlı vətənpərvər gənclik yetişdi. Nəhayət vətən torpaqlarının azad edilməsi kimi şərəfli bir missiyanın  həyata keçirilməsində də gənclik öz gücünü göstərdi. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deyə vurğulayan Prezident İlham Əliyevin gənclərə etimadı və inamı böyükdür. Gənclər də öz növbəsində Prezidentin bütün çağırışlarına böyük məsuliyyətlə yanaşmış, onun tövsiyə və tapşırıqlarını yol xəritəsi kimi qəbul etmişdir. Onlar Ölkə Prezidentinin dəstəyini hər zaman hiss edir.

Fürsətdən istifadə edib onu da vurğulamaq istəyirəm ki, cənab Prezidentin xüsusi qayğısı ilə əhatə olunan Azərbaycan gəncliyinin qarşıdan gələn Prezident seçkilərində yenidən öz dəstəyini ifadə edəcəyinə əminik. Qalib ölkənin qalib gəncləri qalib xalqın qalib liderini dəstəkləyəcək.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir