Neftçalada “Azərbaycan Gəncləri günü” qeyd olunub

Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Gənclər və İdman İdarəsinin və Salyan-Şirvan Regional Təhsil İdarəsinin Neftçala rayon təhsil sektorunun təşkilatçılığı ilə Neftçala rayonunda 2 fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilib.

Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci ildə “2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hər il 2 fevral “Azərbaycan Gəncləri Günü” kimi qeyd edilir.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH-i aparatının məsul şəxsləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və gənclər iştirak edib.

Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli və şəhid Mehman Səfərovun büstü ziyarət olunub, tər gül dəstələri düzülüb, ehtiramla yad olunub.

Tədbirdə Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Görüşdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, qəbul edilən sərəncam və fərmanlardan, gənclərin Ümummilli Liderin təşəbbüsü ilə keçirilən forumundan, Gənclər Gününün təsis olunmasından, əsası dahi şəxsiyyət tərəfindən qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayonlarda gənclərin inkişafı üçün yaradılan şəraitdən, onlara verilən dəstəkdən və gənclərin sağlam mühitdə inkişaf etməsi üçün görülən dövlət siyasətindən danışıblar.


Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Gənclər günü münasibəti ilə gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.
Tədbirdə Rayonun ictimai, siyasi həyatında fərqlənən və uğurlar əldə edən gənclər fəxri fərmanlar ilə təltif olunublar.

Tədbirin sonunca gənclərlə xatirə şəkili çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir