“Düzgün peşə – uğurlu karyera” layihəsinin icrası davam edir

Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində dəstəklədiyi “Düzgün peşə – uğurlu karyera” layihəsi üzrə faəliyyətlərin icrası davam edir.
Layihənin məqsədi məktəblilərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.
Fəaliyyətlərə daxil olan layihənin üçüncü təlimi 23 fevral 2024-cü il tarixində Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbdə baş tutmuşdur. Ümid İsgəndərov təlimçi, İlahə Şahverdiyeva isə psixoloq olaraq çıxış etmiş, iştirakçı məktəblilərə 2 qrup şəklində karyera məsləhəti, gələcək ixtisas seçimlərinə təsir göstərən amillərin müzakirəsi, aydınlaşdırılması, məqsədlərin xüsusiləşdirilməsi və motivləşmə, ixtisas seçimi dövründə məktəblilərin psixoloji çətinlikləri barədə müzakirə formatlı təlim keçirilmişdir.
Növbəti ayda layihənin son iki təliminin təşkili nəzərdə tutulub.
Layihənin bu ilin may ayında yekunlaşdırılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir