“Düzgün peşə – uğurlu karyera” layihəsi üzrə təlimlərin icrası yekunlaşdı

Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində dəstəklədiyi “Düzgün peşə – uğurlu karyera” layihəsi üzrə təlimlərin icrası yekunlaşdı.

Fəaliyyətlərə daxil olan layihənin sonuncu-beşinci təlimi 19 mart 2024-cü il tarixində Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbdə baş tutmuşdur. Təlimçi Ümid İsgəndərov və psixoloq İlahə Şahverdiyeva ilk növbədə məktəbliləri Novruz Bayramı münasibətilə təbrik etmiş, daha sonra isə onların birlikdə çıxışıyla sonuncu təlim baş tutmuşdur.

Belə ki, yekunda təlimçi və psixoloq məktəblilərə düzgün peşə seçimi, buna hazırlıq prosesi ilə bağlı öz məsləhətlərini vermiş, ətraf-mühitin bu prosesdə rolunu vurğulamış, həmçinin düzgün təyin olunmuş məqsəd və hədəflərin düzgün seçimlərə aparacağını diqqətlərinə çatdırmışdır. Təlim iştirakçısı məktəblilər öz suallarını, seçmək istədikləri peşələrin çətinlikləri, gələcək perspektivləri, bu proses zamanı psixoloji vəziyyətləri barədə öz suallarını ünvanlamışdır. Son olaraq təlimçi və psixoloq iştirakçılara uğurlar arzu edərək təlimləri yekunlaşdırmışdır.

Layihənin növbəti fəaliyyəti olaraq uğurlu karyera barədə konfransın keçirilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir