Beyləqanda “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq 6 aprel 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təkilatının Aparatı və Ərazi Partiya Təşkilat sədrlərinin iştirakı ilə Beyləqan rayonunda ağacəkmə aksiyası keçirildi.

  Aksiyada Beyləqan-Daşburun magistral yolunun sol hissəsində 100 ədəd eldar şamı ağacı əkildi.

  Aksiyanın keçirilməsində məqsəd “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir