Azərbaycana olan beynəlxalq maraq hər ötən gün artmaqdadır

Əminliklə demək olar ki, bu il ölkəmizin dünyanın ən nüfuzlu beynəlxalq konfranslarından biri sayılan COP 29-un keçirilməsi üçün məkan olaraq seçilməsi, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan son illər ərzində dünyanın saysız-hesabsız ən nüfuzlu konfranslarına, beynəlxalq əhəmiyyətli görüşlərinə ev sahibliyi edir. etməkdədir. İllər öncə Ölkəmizlə əməkdaşlıq etməkdən çəkinən, tərəddüd edən beynəlxalq qurumlar, böyük ölkələr artıq Azərbaycanı özlərinə ən yaxın və etibarlı tərəfdaş kimi görürlər. Əlbəttə ki, cənab Prezident İlham Əliyevin son illər ərzində həyata keçirdiyi düşünülmüş, ardıcıl uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan misli görünməmiş uğurlara imza atıb. Hər ötən gün regionun Lider dövləti olaraq ölkəmiz iqtisadi qüdrətini artırır. Həm regional, həm də transmilli layihələrə imza atan, özünü etibarlı tərəfdaş kimi təsdiq edən ölkəmizə olan bu günki maraq təbiidir. Bu faktdır ki, hazırda dünyada ən mötəbər tədbirlərdən biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı hesab edilir. Bu mənada 2024-cü ildə COP-un 29-cu Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı tarixi qərarın qəbul edilməsi ölkəmizə verilən beynəlxalq dəyər və qiymətin bariz göstəricisidir. Xüsusi vurğulanmalı məqamlardan biri də bu qərarın məhz Azərbaycanın öz ərazi bütövlüyünü, hüquqi əraziləri üzərində suverenliyini bərpa etdikdən az sonra verilməsidir. Bu fakt özü onu göstərir ki, bütün beynəlxalq riyakarlığa rəğmən dünya birliyi Azərbaycanı əsas tərəfdaş, sınanmış, etibarlı mərkəz kimi görür. Bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumunda iştirak edən və geniş məzmunlu çıxış edən cənab Prezident İlham Əliyev bu faktı xüsusi vurğulamaqla Ölkəmizin dünya üçün dəyərinin nə səviyyədə olduğunu nümayiş etdirdi. “Parçalanmış dünyanın bərpası” mözusunda təşkil edilmiş Forumun əsas müzakirə mövzularından biri də dünyanın iqlim dəyişikliyi fonunda ətraf mühitin qorunması, yaşıl enerji ehtiyatlarının inkişaf etdirilməsi olmuşdur. İnanırıq ki, bu səviyyəli nəhəng tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyadakı siyasi mövqeyinin daha möhkəmlənməsinə təkan verəcək, beynəlxalq ictimaiyyətin Azərbaycana olan marağını daha da artıracaqdır.

Daşqın İmanov;
Neftçala rayonu, Şəhid atası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir