“Yeni nəfəs” layihəsi çərçivəsində ilk görüş keçirilib – FOTOLAR

21 yanvar 2023-ci il tarixində Tovuz rayonunun Hacıhəsənli kəndində Azərbaycan Gənclər Fondu tərəfindən elan edilmiş “İdeyanı reallaşdır–2022” qrant müsabiqəsi üzrə qalib gələn “Yeni nəfəs” layihəsi çərçivəsində ilk görüş keçirilmişdir.

İcra.az xəbər verir ki, tədbirdə öncə dövlət himni səsləndirilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra layihə rəhbəri, ictimai fəal gənc – İlkin Məmiyev açılış nitqi ilə çıxış edərək ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışmış, layihənin əsas məqsədinin ucqar bölgələrimizdə təhsil alan məktəblilərimizə ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaları üçün dərs və test vəsaitləri ilə köməklik göstərmək, həmçinin müxtəlif təlim və seminarlar ilə onların fərdi inkişafına şərait yaratmaq olduğunu qeyd etmişdir. Layihə rəhbəri Tovuz, Masallı və Qusar rayonlarını əhatə edəcək görüşlərdə bütün gəncləri fəal iştiraka dəvət etmişdir.

Tədbir çərçivəsində şagirdlərə ayrı-ayrı siniflər üzrə olmaqla dərs vəsaitləri paylanılmış, “Fərdi inkişaf və motivasiya” adlı seminar keçirilmiş və “Düzgün ixtisası necə seçmək olar?” mövzusu ətrafında maraqlı diskussiyalar aparılmışdır.

Sonda gənclər göstərilən dəstəyə görə təşəkkür etmiş və onların sualları cavablandırmışdır.

Qeyd edək ki, layihə üzrə növbəti görüş 29 yanvar 2022-ci il tarixində Masallı rayonunun Təzə Alvadı kəndində təşkil ediləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir