“Xüsusi Təyinatlılar öz missiyasını davam etdirir” – FOTOLAR

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 24 il ötür.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi yaranma günü ilə əlaqədar fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Daha sonra isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidləri yad ediblər.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin sədri Bəhruz Məmmədzadə 30 aprel tarixinin müqəddəsliyini vurğulayıb: “30 aprel 1999-cu il, əsası Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqəti ilə inkişaf etdirilən Azərbaycan Xüsusi Təyinatlıların yaranma günüdür. Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları 30 aprel tarixini hər il müntəzəm qeyd edirlər. Biz fəxr edirik ki, istər hərbi, istərsə də ictimai fəaliyyətimizdə xüsusi təyinatlı ailəsiyik. Harda olmağından asılı olmayaraq, Xüsusi Təyinatlılar öz missiyasını davam etdirir. İstər hərbi, istər ictimai fəaliyyətimizdə müzəffər Ali Baş Komandanın hər bir əmrinə hazırıq!”

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevdir.

"Xüsusi Təyinatlılar öz missiyasını davam etdirir" - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir