Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – Foto

Tanınmış iş adamı, Unity Company şirkətinin təsisçisi Fikrət Əliyev Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə paylaşım edib.

İcra.az xəbər verir ki, paylaşımda deyilir:

“4 kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması dövlətimizin növbəti qələbəsidir.

Deməli, danışıqlar masasında da razılaşmaq olurmuş!

Ümid edirik, Ermənistan bu tendensiyanı davam etdirərək növbəti kəndlərimizi də geri qaytaracaq, həmçinin evlərindən didərgin düşmüş Qərbi Azərbaycanlılar da yenidən öz yurdlarına qayıda biləcəklər. Beləliklə növbəti addım sülh müqaviləsidir ki, hazırda buna çox yaxınıq.

Regiondan kənar oyunçuların müdaxiləsi olmasa, regionda sülh tamamilə bərqərar olacaqdır!

Yaşasın, qüdrətli dövlətimiz!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir