Sabaha İnam” Sosial İctimai Birliyi “Azad Qarabağda Təhsil” adlı növbəti təlimini keçirib-FOTO

Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşən “Sabaha İnam” Sosial İctimai Birliyinin “Abituriyentlərə ixtisas seçimində dəstək verilməsi təşəbbüsləri” layihəsi çərçivəsində “Azad Qarabağda Təhsil” adlı növbəti təlimini Tərtər rayonunda keçirib.

İcra.az xəbər verir ki, keçirilən təlimdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev, “Sabaha İnam” Sosial İctimai Birliyinin sədri Vüsal Əliyev, təlimçilər və digər şəxslər iştirak edib.

Layihənin əsas məqsədi abituriyentələrə ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri, özünüinkişaf əhəmiyyəti, müasir əmək bazarının tələbləri, özünütanıtma, bacarıq və istedadların müəyyən olunması kimi məsələlər barədə məlumat verməkdir.

Təlim iştirakçıları Ümummilli Liderin və torpaqlarımızın ərazi  bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra təlimçilər təlimin mahiyyəti haqqında danışdıqdan sonra təlim sual-cavab ilə yekunlaşdırılmışdır.

image-c5b28de2c8ee233f33e04fac312193b4
image-1f951e39630ae926ec4913caa32e65cb
image-6ff1ffa7c87ef160601e53aeb0b7826c

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir