Red Bull Half Court turnirinin ən güclü qadın və kişi komandaları bəlli oldu

Red Bull Half Court turnirində yarışan 70 komanda arasından Serbiyada keçiriləcək qlobal finalda ölkəmizi təmsil edəcək milli finalçılar bəlli oldu. 

İcra.az xəbər verir ki, kişi komandaları arasından “Polukhinski Pereulok”, qadın komandaları arasından isə “Neftçi” bütün mərhələləri uğurla keçərək qalib oldular. 

Hər iki komanda sentyabr ayında Serbiyada keçiriləcək və 28 ölkənin iştirak edəcəyi Red Bull Half Court qlobal finalında Azərbaycanı təmsil edəcək.  

Azərbaycan Basketbol Federasiyası və Bank VTB Azərbaycanın tərəfdaşlığı ilə keçirilən turnirdə basketbol meydançası rəssam Orxan Qarayevin yaratdığı dizayna uyğun olaraq rənglənərək yenidən bərpa olunub.  

Red Bull Half Court planetin ən qlobal stritbol turniridir. Basketbolun ən sürətli versiyası olan 3×3 oyunlarında əsas məqam rəqibin müdafiəsini qırmaq və qeyd olunan vaxtda ən çox səbətə top ataraq maksimum xalları toplamaqdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir