Qoşa dalğalanan bayraqlar

Azərbaycan və Türkiyə arasında ümumi maraqlar yüksək səviyyədə  qorunur

 Azərbaycan və Türkiyənin birliyi bütün ölkələr üçün hər zaman maraq mövzusuna çevrilib. Bu gün Azərbaycan və Türkiyənin bir çox yerlərində, eləcə də evlərdə hər iki dövlətin bayrağı yanaşı dalğalanır. Bu özü bir tarixi nümunədir. Yalnız Azərbaycan və Türkiyədə bu kimi hallara rast gəlmək olar. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimi artıq praktik olaraq həyatda özünü göstərir. Həmçinin bu fikir qəlblərdə yaşayır.

Bugünlərdə Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri siyasi və tarixi əhəmiyyət daşıyr. Prezident İlham Əliyev yenidən prezident seçildikdən sonra ənənəvi oalraq ilk rəsmi səfərini məhz qardaş ölkə olan Türkiyəyə edib. Cənab Prezident Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda “Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik”, – deyə öz fikrini açıqlayıb. Bu haqda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da mətbuata bəyanatında məmnunluqa danışıb: “İlham qardaşımın prezident seçilməsindən dərhal sonra ilk rəsmi xarici səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyuram.

Bildiyiniz kimi, fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsi ilə əlaqədar tarixi bir önəmə sahibdir. Seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm”. Bütün bunlar Azərbaycan və Türkiyənin bütün sahələrdə əməkdaşlığının, qardaşlığının regional və dünya miqyasında önəmli amilə çevrilməsinin göstəricisidir. Eyni zamanda Prezident İlham Əliyev və Prezidenti Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğu vardır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin uğur formulu bu iki güclü şəxsiyyət arasındakı liderlik xüsusiyyətləridir. Hazırda hər iki dövlətin başçısı prinsipial, cəsarətli və düşünülmüş siyasət yürüdərək beynəlxalq aləmdə öz sözlərini deyirlər. Bu gün dünya Azərbaycan və Türkiyənin təşəbbüslərini qəbul edir. Məhz buna görə dövlətimizin başçısı bəyanatında Türkiyənin bu gün dünya miqyasında söz sahibi olduğunu vurğulayıb: “Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”. Prezident İlham Əliyev milli maraqları hər şeydən üstün tutur. Və bunu qətiyyətlə qoruyaraq əməli fəaliyyəti ilə nümayiş etdirir. Bu gün öz Lidernin sayəsində Azərbaycan çox böyük tarixi uğurlar əldə edib. Biz bu prinsipiallığı və uğuru Prezident Rəcəb Tayyib Ərdoğanın simasında Türkiyədə də müşahidə edirik.

Səfər çərçivəsində Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədləri imzalnmışdır. Bu sənədlər arasında “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” təhsil sahəsində ikitərəfli əməkdaşlıq baxımdan yeni balanğıcdır. Cənəb Prezident bunu bəyanatında “önəmli anlaşma” olaraq dəyərləndirmişdir: “Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir”. Türkiyə-Azərbaycan Universitetində yetişəcək kadrlar iki ölkənin birliyi üçüna qürurla çalışacaqlar. Burada təhsil alan gənclər gəlcəkdə çox böyük fəxrlə türk dünyasına xidmət edəcəklər.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Ankara səfəri zamanı istər verilən bəynatlar, istər imzalanan bir sıra sənədlər, istərsə də keçirilən faydalı görüşlərdən aydın olur ki, Azərbaycan və Türkiyə arasında  ticarət, enerji, təhsil, müdafiə sənayesi və digər sahələrdəki əlaqələrin inkişafı daha da sürətlənəcək. Xüsusən  Ermənistanla münasibətlər başda olmaqla regional proseslərlə bağlı hər iki dövlətin qətiyyəti daha da möhkəmlənəcək. Artıq Azərbaycanla Türkiyə arasında tarixi Şuşa Bəyannaməsinin imzalanmasından sonra müttəfiqlik daha da güclənib. Planlı şəkildə layihələr həyata keçirilir. Bu gün Azərbaycan və Türkiyə arasında ümumi maraqlar yüksək səviyyədə  qorunur. Ən çətin və fövqəladə vəziyyətlərdə təkcə sözdə deyil, əməli olaraq birinci olaraq Azərbaycan Türkiyənin dəstəyini görmüşdür. Eyni zamanda da belə məqamlarda Türkiyəyə də məhz Azərbaycan ilk olaraq dəstək vermişdir. Azərbaycanın və Türkiyənin türk dünyası üçün hələ görəcəyi işlər çoxdur. İki qardaş dövlət və xalq bilik göstərərək türk dünyasının inkişafı üçün öz töhfələrini verəcklər.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir