Qərbi Azərbaycan İcmasının Qarakilsə rayon icmasının Gənclər Şurası sədrinin təqdimat mərasimi keçirilib

09.05.2024-cü il tarixdə Qərbi Azərbaycan İcması Qarakilsə rayonunun ofisində Qarakilsə rayon icması Gənclər Şurası sədrinin təqdimatı keçirilib.

Çıxış edən Qərbi Azərbaycan icmasının Qarakilsə rayonu üzrə sədri Nadir Qəhrəmanov qarşıda duran məsələlər və gəncləşmə siyasəti barədə görüş iştirakçıları ilə fikirlərini bölüşüb. Sonra Qarakilsə rayon üzrə Gənclər Şurasının sədri təyin olunan Fuad Heydərlini təbrik edərək onu kəndin icma sədrlərinə və gənclərinə təqdim edib.

Çıxış edən Fuad Heydərli ona göstərilən etimada görə təşəkkür edib və Qarakilsə rayonundan olan gəncləri bir araya toplayaraq “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına sadiq qalacağını vurğulayıb.

Qərbi Azərbaycan İcmasının Qarakilsə rayon sədri Nadir Qəhrəmanovun və Qarakilsə rayon Gənclər Şurasının sədri Fuad Heydərlinin təklifi ilə Lalə Tarverdiyeva Qərbi Azərbaycan icmasının Qarakilsə rayon üzrə Gənclər Şurasının sədr müavini təyin edilib.
Lalə Tarverdiyeva öz çıxışında ona göstərilən etimada görə təşəkkürünü bildirib.

Sonda rayon icmasının üzvləri ilə xatirə fotosu çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir