“Məsafədən  iş  formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması” layihəsi yekunlaşıb

Gənc Mühasiblər İctimai Birliyi tərəfindən həyata keçirilən “Məsafədən  iş  formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması” layihəsi yekunlaşdı.

Layihənin əsas məqsədi Əmək Məcəlləsində distant iş anlayışının tətbiqi ilə bağlı müddəaların əlavə edilməsinin təklif olunmasıdır. Bu məqsədlə Bakı şəhərində mövcud “Dövlət-Özəl sektor-QHT əməkdaşlığı”  Platforması tərəfindən 05 mart 2024-cü il tarixində Dəyirmi Masa keçirildi. Distant iş rejiminin Əmək Məcəlləsində yeri və yeni hüquqi əsasların yaradılması ilə bağlı keçirilən Dəyirmi Masanın açılışını Gənc Mühasiblər İctimai Birliyinin (GMİB) sədri Solmaz Əliyeva etdi. Tədbir Dövlət Vergi Xidməti Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımovun moderatorluğu ilə davam etdi. GMİB-in layihə meneceri Selcan Əlibəyova “Məsafədən  iş  formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması” layihəsinin təqdimatını etdi. Dəyirmi Masada hər 3 sektorun nümayəndələri iştirak edərək distant iş rejiminin beynəlxalq modelləri və ölkəmizdə bununla bağlı dövlət tərəfindən həyata keçirilən strateji planlar, işəgötürənlərin və işçilərin distant iş rejimi tətbiqində qarşılaşdıqları müsbət və mənfi tərəflər müzakirə etdilər. İrəli sürülən müvafiq təkliflər və tövsiyələr müvafiq qurumlara təqdim olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir