Güvənli gələcəyə doğru!

Dosent Yeganə Ağamalıyeva və f.f.doktoru Aynur Rzayeva “Güvənli gələcəyə doğru!” sərlövhəli məqaləsini təqdim edirik:

“Müstəqil Azərbaycanın banisi Heydər Əliyev yolunun davamçısı, xalqının iradəsini layiqincə ifadə edən İlham Əliyev Azərbaycanın prezidenti və dünya azərbaycanlılarının lideridir.

İlham Əliyevin işlədiyi dövrdə ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı, eləcə də ictimai rifahın artırılması məqsədilə atdığı uğurlu addımlar insanların sosial həyatının yaxşılaşması ilə bərabər bölgələrin simasının əhəmiyyətli surətdə dəyişərək müsir proqressiv çalarlar almasına səbəb olmuşdur. Başçılığı altında bölgələrin gələcək inkişafı üçün güclü zəmin yaradan addımların atılması, bir çox sahələrə göstərilən dövlət qayğısı respublikanın regionda üstünlük qazanmasına səbəb olmuşdur.

Hər zaman yüksək səviyyəli beynəlxalq görüşlərdə apardığı danışıqlar zamanı ölkənin mənafelərini uğurla müdafiə edən İlham Əliyevin güvənli xarici siyasəti nəticəsində Azərbaycanın nüfuzu artmaqdadır.  Ali Baş Komandan Prezident İlham Əliyevin siyasi arenada atdığı qətiyyətli addım sayəsində Azərbaycanın məğlubedilməz Müzəffər ordusu Ermənistanın 30 illik işğalına son qoyaraq Şanlı Zəfər əldə etdi və ölkənin ərazi bütövlüyü bərpa olundu.

“Dəmir Yumruq” əməliyyatının qalibiyyəti Ali Baş Komandanın iti zəkası, dərin bilikləri, dünyagörüşü, siyasi nüfuzu və məqsədyönlü xarici siyasəti sayəsində əldə edilmişdir.

Tarixi Zəfərdən sonra düşmənlər tərəfindən ciddi ziyan vurulmuş ərazilərin yenidən qurulması, iqtisadi potensialın bərpası Qarabağı yenidən gülüstana çevirərək ümumilikdə Azərbaycanın iqtisadi inkişafına töhvələr verir. 

İlham Əliyevin Qarabağ memarlıq mühitinin bərpasına xüsusi önəm verməsi xüsusilə təqdirə layiqdir. “Özününkiləşdirmə” siyasətinin qurbanına çevrilmiş tarixi Şuşanın memarlıq–şəhərsalmasına edilmiş sərt müdaxilələr, sonda əsrlərboyu formalaşmış memarlıq mühitinin düşünülmüş şəkildə dəyişməsinə xidmət etmişdir.  Azərbaycan mədəniyyətinin mehrabı Şuşa şəhərinin əsrarəngiz memarlıq simasına coxsaylı ağır dağıdıcı zərbələr vurmuşdur.

Ölkə prezidentinin göstərişilə Qarabağın döyünən ürəyi – qədim Şuşa şəhərinin 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, erməni vandalizminin qurbanı olan, yararasız hala düşmüş Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi və s. müxtəlif təyinatlı tikililərin əsaslı yenidənqurması və bərpa işləri quruculuq sahəsində atılmış addımlardandır. Həmçinin 1992-ci ildən didərginlik həyatı sürən dahi şəxsiyyətlərin (Xan qızı Natəvan, Bülbül, Üzeyir Hacıbəylinin) güllələnmiş və köçkün həyatı sürən büstlərin öz vətəninə qovuşması əlamətdar hadisələrdəndir.

Hər bir ölkəni gələcəyi təhsilə bağlı olduğu üçün prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi təhsil sahəsinin inkişafına da xüsusi önəm verir. Azərbaycan təhsilinin keyfiyyətinin artırılması və yüksək tələblərə cavab verməsi qarşıya qoyulan vəzifələrdəndir. Bu baxımdan xüsusilə son illər  gənclərin innovativ, müasir texnologiyalara çıxış imkanlarını artırmaq məqsədilə böyük işlər görülmüşdür. Dövlət dəstəyi sayəsində təhsilin maddi-texniki bazası möhkəmləndirilir, təlim-tədrisin yüksək səviyyədə aparılması üçün tədris ocaqlarının yenidən qurulması və yenidən inşa edilməsinə xüsusi qayğı göstərilir.

Açılışında ölkə prezidenti İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi, müasir kampus standartlarına uyğun olaraq modern memarlıq üslubunda tikilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuş Azərbaycan Dövlət İqtisad Unuversitetinin (UNEC) III saylı tədris korpusunun yenidən inşası bu sahədə atılmış uğurlu addımlardandır.

Müasir tariximizin şanlı səhifəsinə qızıl həriflərlə imza atan İlham Əliyevin milli maraqlara söykənən uğurlu siyasəti, ona xalq arasında böyük rəğbət, misilsiz güvən və sonsuz etibar qazandırmışdır.

Daxili və xarici siyasəti ilə xalqın əbədi etimadını qazanmış İlham Heydər oğlu Əliyev güvənli gələcəyimizin təminatçısıdır!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir