Azərbaycan Dillər Universitetinin müəllimləri Türkiyəyə səfər edib

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova və Magistratura şöbəsinin müdiri dos.F.Rzayeva, o cümlədən bir qrup müəllim heyəti Türkiyə Cümhuriyyətinin Ege Universiteti və Dokuz Eylül Universitetinə səfər etmişlər.

Təcrübə Mübadilə Proqramı çərçivəsində Cümhuriyyətin Ege Universiteti və Dokuz Eylül Universitetinin rəhbərliyi ilə görüş keçirilmiş, Türkiyə və Azərbaycanın müasir təhsil siyasəti müzakirə edilmiş, ikili diplom proqramlarının reallaşdırılması, dərsdinləmələrdə iştirak təmin olunmuş, magistratura səviyyəsi üzrə təhsil alan şəxslərlə tədqiqat üsulları mövzusunda müzakirələr aparılmış, xüsusi təhsil, məktəbəqədər təhsil üzrə mövcud proqramlar müzakirə olunmuş, Azərbaycanda tətbiq edilən proqramlarla müqayisələr aparılmışdır.

Ölkəmizi təmsil edən müəllim heyəti xüsusi təhsil, məktəbəqədər və ibtidai təhsil istiqamətində kadr hazırlığı, zəruri kompetensiyaların mənimsədilməsi və s. mövzularda müzakirələr həyata keçirmiş, əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə razılıq əldə etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir