“AŞPA-da kimin dost, kimin dost olmadığını ortaya çıxdı”

“AŞPA-nın Azərbaycana qarşı sərgilədiyi mövqe qərəz və riyakarlıqdan başqa bir şey deyil”.

Bunu deputat Şahin İsmayılov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.O, bildirib ki, Qarabağla bağlı indiyədək ciddi müzakirələr aparmayan AŞPA-da kimin dost, kimin dost olmadığını ortaya çıxdı.“Niderland və bu kimi ölkələrin Cənubi Qafqazda yaranan yeni reallığa qarşı fərqli fikirlər səsləndirməsi, bölgənin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Amma bilməlidirlər ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbulolunmazdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir