Ali Dərəcəli Həkim: Aynur Bağırzadə

Həkimlik dünyadakı minlərcə peşə və sənətin içərisində ömrünü həsr etmək istəyəcəyin ən ali peşələrdəndir.

Gecəni gündüzünə qataraq xəstələrlə məşğul olmaq, onların sağlamlığının qorunmasını bütün prinsiplərinin önünə qoymaq hər insanın bacaracağı iş deyil.

Aynur Bağırzadə də məhz peşəkarlığı ilə hər zaman seçilməyi bacaran, özünü tibbə həsr edən həkimlərdəndir. Xəzər Universitetində tibbi biologiya fəkultəsini bitirdikdən sonra 2006-2007-ci illərdə Milli Onkologiya Mərkəzində internatura keçmişdir. Elə 2007-ci ildən də fəaliyyətə başlayan Aynur xanım artıq 16 ildir Milli Onkologiya Mərkəzinin dəyərli kollektivinin üzvüdür.

İş fəaliyyəti ilə yanaşı o həm də biliklərini artırmaq üçün daim öz üzərində çalışmışdır. 2 il Moskvada ordinatura keçmiş, daha sonra 6 ay İstanbulda Hacettepe Universitetində, 3 ay isə İzmirdə Ege Universitetində kurslarda olmuşdur. 2012-ci ildə Avstryada Vyana şəhərində AKH-nın süd vəzi şöbəsində 3 ay ərzində tibbi biliklərini artırmışdır. O, burada mamoqrafiya, MRT müayinələri, İİAB (incə iynə aspirasiyon biopsiya), Tru-cut (qalın iynə biopsiyası) prosseslərinin icrasını mənimsəmişdir. 2018-ci ildə isə Amerikanın Texas ştatında MD Anderson Onkoloji Mərkəzdə 1 aylıq kursda iştirak edərək özünü təkmilləşdirmişdir. Aynur xanım tibbə, peşəsinə böyük sevgi ilə bağlıdır.

Həkim olmaq arzusu onun qəlbində hər zaman olmuşdur. İnsanların sağlamlığı, erkan diaqnozun qoyulması, xəstəliklərin vaxtında aşkar edilməsi, xəstəliyin tez aradan qaldırılması, xəstələrin ömrünün uzanması onun üçün hər şeydən vacibdir. Bu ali amal üçün isə Aynur xanım çox çalışır, ilk olaraq düzgün və dəqiq müayinə edir, doğru diaqnoz qoyur. Ona görə peşəkar həkim məhz belə olmalıdır, müayinəni diqqətli, detallı yerinə yetirməli, xəstəliyin diaqnozunu düzgün qoymalı, qayğıkeş, səbrli, gülərüz, diqqətcil və şirin dilli olmalıdır.

Aynur xanım özü də xəstələrinə hər zaman belə yanaşır, onları ən doğmaları kimi qəbul edir. Gözəl həkimimiz savadlı olmaqla yanaşı həm də çox pozitiv insandır, bu səbəblə o, xəstələrinə də daim müsbət enerji ötürür. Xəstənin diaqnozu yaxşı olmasa belə, ona hər şeyin yaxşı olacağı hissini ötürmək, onu sağalacağına inandırmaq lazımdır. Xəstə ilk olaraq sağalacağına daha sonra isə həkiminə inanmalı və güvənməlidir.

Bu onun sağalması üçün atılan ilk addımdır. Güclü xarakteri, soyuqqanlı olması, peşəsinin incəliklərinə tamamilə hakim olması onu peşəsində çox irəli aparır. Xüsusilə, son dönəmlərdə tibb çox inkişaf edib. Azərbaycan da bu inkişafdan heç geri qalmır.

Yetəri qədər savadlı, öz üzərində işləyən həkimlərimiz var, ölkədaxili və ölkəxarici konfranslarda iştirak edərək savadlarını artırır və xəstələrinə daha faydalı olmağa çalışırlar. Həkimlərimiz xəstələrə yanaşmada da üstün mövqedədirlər. Həkim də psixoloq olmağı, xəstə ilə düzgün ünsiyyət qurmalıdır, çünki xəstəliyə, xüsusilə də onkologiyanın sağalmasına psixoloji vəziyyətin yaxşı olması da çox böyük təsir edir.

Aynur Bağırzadə bütün bu keyfiyyətlərə sahib olaraq xəstələrinə can yandırır, onların sağlamlığının qayğısına qalır, savadı, bacarığı və mərhəməti ilə hər zaman seçilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir