Prezident İlham Əliyev: “Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur”

 Yeni Azərbaycan Partiyası yarandığı gündən öz qarşısına qoyduğu vəzifələri uğurla icra edib. Azərbaycanda hakim partiya olaraq yerinə yetirdiyi missiya xalq tərəfindən məmnunluqla qarşılanır. YAP tərəfindən bu vaxta kimi dövlət və xalqın birliyi üçün atılan addımlar öz effektini vermişdir. Ulu Öndər Heydər Əliyev YAP-ın bütün nizamnamə və strukturunu məhz bu məqsəd üzərində qurulmasını əsas vəzifə qoymuşdur. YAP-ın yarandğı günlərdə ölkədə partiya bolluğu var idi, amma vahid milli idelogiya yox idi. Yeni müstəqillik əldə etdikdən sonra ölkəni və xalqı azərbaycançılıq idelogiyası əsasında birləşdirəcək partiyanın yaradılması zərurətə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev həmin günləri belə xatırlayırdı: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir… Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan… ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”. Azərbaycan ziyalılarının bu partiya ətrafında birləşməsi dövlət və dövlətçiliyin möhkəmlənməsi, ictimai-siyasi sabitliyin əldə olunmasında əhəmiyyətli rol oynadı. Buna görə də YAP Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan insanları birləşdirən partiyadır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışında deyib ki, Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi: “Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı”. Azərbaycana xaricdən müdaxilələrin qarşısının  alınmasında, yad idelogiyaların ölkəyə təsirinə qarşı YAP siyasi və ideloji müqavimət missiyasını icra etmiş oldu. YAP yaranan zaman öz ideya və məqsədlərini açıq-aydın bəyan etdi. Bu gün bütövlükdə YAP ölkəmizin siyasi simasının güzgüsünə çevrilib.

Prezident İlham Əliyev qurultaydakı çıxışında Vətən mühribəsində xalqın ruh yüksəkliyi haqıında danışaraq mənəvi amilin Azərbaycanın qələbəsində həlledici rol oynadığını vurğulayıb: “Müharibənin ilk günündən Azərbaycan mənəvi üstünlüyə malik idi. Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu”. Azərbaycan uzun illər idi ki, bu müharibəni gözləyirdi. Xalq torpaqlarımızın azad olunması üçün dəmir yumruq kimi birləşmişdi. Hər kəsin ürəyi cəbhədə döyüşən ordu ilə bir döyünürdü. Dünya azərbaycanlıları 44 gün ərzində cəbhədən xoş xəbərlərin gəlməsini gözləyirdi. Cənab Prezident işğaldakı rayonların azadolunma xəbərlərini verməklə hər bir soydaşımızı sevindirirdi. Ərazi bütövlüyümüzün bərpa olunmasıda canlarını fəda edən şəhidlərin adları və hərbiçilərimizin qəhrəmanlığı unudulmazdır. Müasir Azərbaycanın dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilmiş, Partiyanın Mərkəzi Aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil edilmiş, yerli təşkilatlar tərəfindən 3 mindən artıq müxtəlif tədbir, həmçinin şəhid ailələri və müharibə veteranları ilə 7 mindən çox görüş keçirilmiş, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə köməklik göstərilmiş, şəhidlərin doğum və anım günləri ailələri və doğmaları ilə birlikdə qeyd olunmuş, Partiyanın fəalları şəhid məzarları, abidə və barelyeflərinin, həmçinin şəhidlərin şəkilləri əks olunmuş lövhələrin ətrafının abadlaşdırılmasında yaxından iştirak etmişlər.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olanların ailələri və  Vətən müharibəsinin qaziləri Azərbaycan Respublikasının prezident İlham Əliyevanın diqqətindədir. Dövlətimizin başçısının  tapşırığına əsasən şəhid aillərinə yardımlar verilir və qazilər müalicə edilir. Çox müsbət haldır ki, şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər. Bu bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin, qazilərimizi, ümumiyyətlə, xalqı daim diqqətdə saxlayırlar.

Səyavuş Qasımov,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir