Site icon

“Şəms” Milli mükafatının təqdimatı baş tutdu

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə “EMEDIA GROUP” tərəfindən təsis olunan”ŞƏMS” Milli Mükafatı Akademik Milli Dram Teatrında sahiblərinə təqdim edilib.

Gecə dövlət Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Gecənin açlışını edən “EMEDIA GROUP” un sədri Elşən Əliyev günün mahiyyətindən danışaraq “ŞƏMS” Milli mükafatının məhz “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” də təsis olunaraq bu ildən hər il ilin sonda təqdim olunacağını bildirərək tədbirə start verilib.Daha sonra mükafatlar sahiblərinə təqdim olunub. Onlar arasında eputatlar Fazil Mustafa, Jalə Əliyeva, Sona Əliyeva, Elman Nəsirov, Qarabağ qaziləri, Murat Akkoç (TRT Bakı Bürosunun müdiri), İlqar Paşazadə (“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Respublikasındakı Milli nümayəndəliyinin direktoru), Tolqa Özgenc (“Anadolu Ajans” Xəbər Agentliyinin Asiya və Qafqaz üzrə bölgə müdiri Kamil Nadirli (İHA Bakı Bürosunun müdiri ) DYPİ-nin bölmə rəisi, polis palkovniki Vaqif Əsədov, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Eldar Mansurov, Sevinc Tofiqqızı, Azərbaycan kinorejissoru, əməkdar incəsənət xadimi Ayaz Salayev, iş adamlar, incəsənət nümayəndələri də olub televiziya aparıcıları və digər tanınmış şəxslər də olub.. Xalq artisti Brilliant Dadaşova, Flora Kərimova, əməkdar artist Manana, müğənni Zamiq həm mükafat alıb, həm də öz ifaları ilə qonaqlara xoş saat yaşadıb.

Həmçinin müasir Azərbaycan xalça dizaynında innovativ yaradıcılığın inkişafına verdiyi töhfəyə, milli ənənələri qoruyaraq onları müasir yanaşmalarla zənginləşdirdiyinə və sənət sahəsində göstərdiyi yüksək peşəkarlığa görə, Azərbaycan mədəniyyətini ölkə hüdudlarından kənarda uğurla təbliğ etdiyinə görə Vüsal Muradlı təltif olunub.

Exit mobile version