Dövlətlərin tarixində zəif və ya güclü rəhbərlərin olması normal hal sayıla bilər. Lakin öz dövlətini durmadan zəiflədən, mövcud ənənlərini dağıdan, hərəktələri və düşüncüləri adekvat olmayan rəhbərlər isə normal yox, heç anormal da deyil. Belə şəxslər bəlkə də həmin dövlətlərin bəlası və ya faciəsidir. Dünyanın hazırkı gərgin vəziyətində əfsuslar olsun ki, biz də Fransa prezidenti Makronun timsalında faciəvi bir siyasətçi ilə eyni dövrdə yaşayırıq. Qəribə görsənsə də “eyni dövrdə yaşayırıq ifadəsini” ona görə işlətdim ki, Makron həqiqətən zamana və məkana sığmayan bəla və faciədir.

Məlum olduğu kimi AZƏRTAC-ın Fransanın dənizaşırı müstəmləkəsi olan Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılmışdır. Peşəkar jurnalistika ilə məşğul olan bir şəxsə bu cür davranılması Fransanın hər daim böyük həvəslə danışdığı və az qala dünyada ən çox müdafiəçisinə çevrildiyi demokratiya və söz azadlığını baltalamaq deyilsə bəs nədir?

Münasibətlərimizin yaranmasından bəri Fransanın Azərbaycanla münasibətləri birmənalı olmayıb. Bu, bəzən çox yaxşı bəzən, stabil, hazırki dövrdə isə Makron siamsızlığnın ucbatından yüngül formada desək normal deyil. Nə qədər qəribə görsənsə də Makron hər zaman özünü demokratiya və söz azadlığının elçisi kimi təqdim edib, başqalarına dərs keçməyə çalışıb. Bir siyasətçi üçün faciə olsa da Makronun bacardığı ən yaxşı iş elə çalışmaqdır. Çalışır nə isə düzəltsin, lap da bərbad hala salır. Makron Fransa tarixinin ən bərbad rəhbəri olmaqla yanaşı, demokratiya və söz azadlığına olan ən böyük təhlükədir, diktatordur. Azərbaycanlı jurnalistin başına gələnlər isə Makron diktaturasının növbəti təntənəsidr.

Yeri gəlmişkən görəsən söz azadlığını biznesə çevirən beynəlxalq təşkilatlar Azərbaycanlı jurnalistin müdafiəsi ilə bağlı ortaya nə mövqe qoyacaqlar?

Şahin İsmayılov,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü