Site icon

“İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir “ İctimai maarifləndirmə kompaniyasının təşkili adlı təlim keçirildi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin maliyyə dəstəyi ilə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi 12 avqust 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzində “İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir “ İctimai maarifləndirmə kompaniyasının təşkili adlı təlim keçirildi.
Təlimi giriş sözü ilə Hacıqabul rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ülviyyə İbadova açdı. Ülviyyə xanım bildirdi ki, belə təlimlərin vətəndaşlar arasında keçirilməsinə ehtiyac var. Təlimin gedişatına uğurlar arzuladı.
Daha sonra Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış etdi.
Sonra layihənin rəhbəri Fariz Əkbərov bildirdi ki, layihənin məqsədi insan alverinə qarşı mübarizədə ictimaiyyətin rolunu artırmaq, potensial qurbanları xəbərdar etmək, gəncləri maarifləndirmək, qanunvericillyin tələblərini izah etmək, eləcə də, qurbanlara hüquqi və psixoloji yardımç göstərməkdir.
Layihədə insan alverinin qarşısının alınması üçün hüquqi müdafiə və institusional mexanizmlərlə əlaqədar icmalarda maarifləndirmə işi aparmaqla zorakılıq hallarını azaltmaq, icmanın, müvafiq dövlət orqanlarının, məsul vəzifəli şəxslərin, hüquq-mühafizə orqanlarının erkən aşkarlama və müdaxilə bacarıqlarını gücləndirməkdir.
Sonra təlimçi Vəkillər Kollegiyasının üzvü vəkil Namiq Həşimov və hüquqşünas insan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi təmin olunur, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırdılar.
Təlimdə 30 yaxın vətəndaş iştirak etdi. İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işi aparıldı.
Təlim maraqlı diskusiya və müzakirə formasında başa çatdı.

Exit mobile version