Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Ötən dövrdə dövlətimiz uğurlu inkişaf tarixini yaşayıb. Reallaşan kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar Azərbaycanın dayanaqlı inkişafını təmin edib. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycan təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısına çevrilib. Güclü dövlət və güclü Liderlik bizə Zəfərimizi yaşatdı. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olundu. Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi dövlətimizin gücünün göstəricisidir. Bütün dünya Ordumuzun gücünü, işğalçı Ermənistanın məğlubiyyətini gördü. Azərbaycan xalqı başda olmaqla, bütün türk dünyası bu tarixi Zəfəri yaşadı. Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət təkcə region dövlətlərinə deyil, bütün Avrasiya məkanında sülh və inkişafa yol açır. Regionda yeni reallıqların müəllifi və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibi olan Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişaf ücün genişməzmunlu təşəbbüslər irəli sürür.

Bu ilin aprelin 23-də Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması siyasi əhəmiyyət daşıyır. Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistan tərəfi tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi hər kəsə bəllidir. Hec şübhəsiz ki, məntəqənin təsis edilməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfinin üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə etməsidir. Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət vermək öhdəliyinə malikdir.

44 günlük Vətən müharibəsinin başa çatmasından üç ilə yaxın zaman ötməsinə baxmayaraq, hələ də erməni diversantları tərəfindən minaların basdırılması nəticəsində hərbçilərimiz və mülki şəxslər həlak olur, xəsarət alırlar. Sülh şəraitində və birgəyaşayış kimi yaşam tərzi dünyaya nümunə olan Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan – Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsini təsis etməsi beynəlxalq hüququn normalarına tam uyğundur. Azərbaycan hər zaman ədalətli mövqe nümayiş etdirmiş, bu gün də üçtərəfli Bəyanata imza atmaqla sülhsevər siasətini dünyaya nümayiş etdirir. Ermənistan da üçtərəfli Bəyanata, eləcə də beynəlxalq öhdəliklərə əməl etməlidir. Bu onun qarşısında duran öhdəlikləri sırasındadir.Müasir dövrümüzdə Qarabağda yaşayan ermənilərin hüquqlarını və təhlükəsizlik məsələsini siyasiləşdirmək qəbuledilməzdir. Ermənistana havadarlıq edən qüvvələr bütün imkanlarından, resurslarından istifadə edərək ölkəmiz əleyhinə müəyyən qərəzli fikirlər formalaşdırmağa calışırlar. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin açılması tarixi hadisədir. Azərbaycan özünün suveren hüquqları çərçivəsində addımlar atır və dövlət maraqlarımızı qoruyuruq.

Əvəz QOCAYEV,

YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədri, ААYDА İdarə Heyətinin sədr müavini