10 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının birgə təşəbbüsü, Beyləqan Rayon İcra Hakimiyyətinin də həmçinin dəstəyi ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə sosial-hüquqi aksiya keçirilib.
İctimai.az xəbər verir ki, Beyləqan rayon Heydər Əliyev Mərkəzində təşkil olunan aksiyada Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan rayon Vəkil Bürosunun üzvləri Vəkil Quliyev və Fərhad Hümbətov, Ağcabədi rayon Vəkil Bürosunun üzvü Musa Hacıyev, Rayon İcra Hakimiyyətinin nümayəndələri və 30-dan çox vətəndaş iştirak edib.
Deputat Şahin İsmayılov tədbiri açıq elan edərək aksiyanın mahiyyəti barədə geniş məlumat verib. Daha sonra vəkillərin iştirakı ilə müxtəlif hüquq sahələri üzrə pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.
Qeyd edək ki, pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı aksiya bu günə qədər bir neçə rayonda keçirilmiş və davam etməkdədir.

