Azərbaycan 2020- ci ilin sentyabr ayının 27 də özünün tarixi və əzəli torpaqlarını azad etmək üçün mühüm hərbi əməliyyatlara, tarixdə “II Qarabağ müharibəsi” adlanan, əks hücum əməliyyatlarına başladı. Hərbi əməliyyatlar Qarabağın Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilmiş bölgələrinin azad edilməsi haqqında, BMT-nin məlum qətnamələrinin həyata keçirilməsi uğrunda həyata keçirildi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində 4 oktyabrda Cəbrayıl rayonu, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı rayonları və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə isə Azərbaycan ordusu doğrudan da tarix yazan qələbə çaldı. Oktybarın 19- da Ermənistan tərəfinin təkilifi ilə Azərbaycan tərəfi ilə atəşkəs haqqında danışıqlara başlanıldı. Danışıqlarda səslənilən təkliflər aşağıdakılar idi:

  1. Qarabağın statusu barəsində olan danışıqlar təxirə salınır
  2. “Dağlıq Qarabağ” adlandırılan bölgənin ətrafında işğal edilmiş ərazilər birmənalı şəkildə Azərbaycana qaytarılırdı.

Lakin Azərbaycan tərəfi atəşkəsin imzalanmasına razılıq versə də Qarabağda məskən salan erməni separatçıları bu şərtlərə razı olmadıqlarını bildirdilər. Bundan başqa Azərbaycana qəfil zərbə ilə, üstün gələcəklərini zənn edən Ermənistan silahlə qüvvələri atəşkəsi pozdular. Bu zaman Azərbaycan ordusu hərbi əks -hücum əməliyyatlarını davam etdirməli oldu. Nəticə olaraq Rusiyanın vasitəçiliyi və Türkiyənin siyasi dəstəyi ilə Ermənistan, Rusiya və Azərbaycan arasında 9 noyabr 2020- ci ildə üçtərəfli bəyannmə imzalandı.

Bəyannamənin məzmunu aşağıdakılardan ibarət idi:

  1. 10 noyabr 2020- ci ildə Ermənistan və Azərbaycan tərəfləri arasında hərbi əməliyyatlar dayandırılır
  2. Azərbaycanın Ağdam rayonu və Qazax bölgəsində işğal etdiyi ərazilər, Kəlbəcər və Laçın rayonları müəyyən müddət ərzində Azərbaycana qaytarılır
  3. Laçın dəhlizi Dağlıq Qarabağın Ermənistanla əlaqələrini təmin etmək üçün açılır və üç il ərzində dəhlizdə nəzarət Rusiya sülhməramlılarına verilir
  4. Eyni zamanda Ermənistan vasitəsilə Naxçıvanla bütün kommunikasiya xətləri bərpa edilir. Kommunikasiya xətlərinə Rusiya sülhməramlıları nəzarət edir
  5. Əldə edilən razılaşmanın həyata keçirilməsi, eyni zamanda tərəflər arasında sülhün tənzimlənməsinə Rusiya sülhməramlı qüvvələri nəzarət edir, eyni zamanda bölgədə xüsusi nəzarət mərkəzi yaradılır

Əslində bəyannamənin qəbul edilməsi Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının dediyi kimi, Ermənistanın kapitulyasiyası yəni qeyd şərtsiz təslim olması demək idi.

9 noyabr 2020- ci il bəyannaməsinin Azərbaycanın siyasi və diplomatiya tarixində əhəmiyyəti həddindən çox böyükdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dediyi kimi bəyannamə Qafqazın siyasi həyatında yeni siyasi reallıqların yaranmasına gətirib, çıxardı. Bu reallıqlar aşağıdakılardan ibarət idi:

  1. Azərbaycan bölgədə bir mənalı şəkildə həm iqtisadi, həm siyasi, həm də hərbi güc mərkəzinə çevrildi
  2. Qafqazın ümumdünya miqyasinda siyasi reallıqları zəminində roluna beynəlxalq birlik tərəfindən baxış tərzi yeniləşdi. Qafqaz artıq həll edilməz konfliktlər bölgəsi kimi deyil, əksinə stabillik, siyasi sabitliyin olduğu bölgə kimi beynəlxalq arenada assosiasiya olunmağa başladı
  3. II Qarabağ müharibəsi Azərbaycanın bir sıra dövlətlərlə-Türkiyə, İsrail, Rusiya, Pakistan, Çinlə münasibətlərini tam ayrı bir səviyyəyə daşıdı. Türkiyə, İsrail və Rusiya ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə qalxdı.
  4. Bəyannamə nəticəsində Qarabağ bölgəsinin iqtisadi inkişafı üçün yeni imkanlar açıldı ki, bu da Azərbaycanı yeni investisiyalar üçün açıq etdi
  5. Türkiyə Azərbaycan əməkdaşlığı artıq sözün hərfi mənasına, ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” səviyyəsinə yüksəldi. Hər iki dövlət artıq strateji partnyorluq və inteqrasiya siyasətinə keçdilər
  6. Bəyannamənin imzalanması Qafqazda stabil sülhün bərqərar olması üçün də imkanlar açdı. Bu da Azərbaycanın gələcək xarici siyasətində “Ümumi Qafqaz evi strategiyasına” marağın artmasına gətirib, çıxardı

Lakin Ermənistanın qeyri konstruktiv siyasəti yenə də Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə yanaşı, eyni zamanda Cənubi Qafqazda da siyasi stabilliyin pozulmasına səbəb olmağa başladı. Nəticə olaraq belə bir mövqe də Azərbaycanın 2023- cü ilin sentybarın 19-20-i tarixlərində antiterror əməliyyatları ilə öz ərazisini azad etməyə sövq etdi.

Bakı Slavyan Universiteti                                                      

Rus dili və onun tədrisi metodikası kafedrası baş müəllim  Hümbətova Elşanə