23 Mart, 09:19   |    Baxış sayı: 655

WhatsApp artıq iPhone-də işləməyəcək

WhatsApp artıq iPhone-də işləməyəcək

WhatsApp artıq iPhone-nun bu modellərində işləməyəcək

 WhatsApp proqramını artıq iOS 7 platformalı telefonlara yükləmək mümkün deyil.
Mirror  xəbər verir ki, WhatsApp-ın sonuncu versiyasını iPhone 4 modeli və iOS 7 platformalı telefonlar dəstəkləmir.
Şirkətin verdiyi açıqlamaya görə proqramın 2020-ci ilə qədər işləməsi nəzərdə tutulsa da, iPhone 4 modelində telefondan silinən proqramı yenidən yükləmək mümkün deyil.
Bu, həmçinin platforması yenilənməyən 4S, 5, 5C və 5S modellərinə də aiddir.
Qeyd edək ki, iPhone 4 2010-cu ildə təqdim edilib və 2013-cü ildə istehsalı dayandırılıb.Milli.Az

loading...