26 Fevral, 22:52   |    Baxış sayı: 709

İllər əvvəl qəpiyə güllə atan qadın necə milyonçu oldu – UĞUR SİRRİ...

İllər əvvəl qəpiyə güllə atan qadın necə milyonçu oldu – UĞUR SİRRİ...
Bir vaxtlar qəpiyə güllə atan qadın, bir çox çətinliyin öhdəsindən gəldi və bestseller siyahılarındakı kitabları ilə milyonçu olmağı bacardı. 

Uğur qazanmaq istəyən, ancaq haradan, nədən başlayacağını hələ də bilməyənlər üçün Amanda Provsenin uğur hekayəsini təqdim edirik. Ehtiyacı olan hər kəsə ilham verəcəyini ümid etdiyimiz bu hekayənin qəhrəmanı dünyaca tanınmış yazar Amanda Provsedir. O, qarşılaşdığı maneələr qarşısında heç zaman əyilməyən, bütün çətinliklərə məğrurcasına sinə gərməyi bacarmış  cəsarətli qadındır.

İllərlə maddi sıxıntı çəkən, iki oğluna həm analıq, həm də atalıq etməyə çalışan Amanda, üstəlik dövrümüzün qorxunc xəstəliyi olan xərçəngə də tutulub. Xərçəngin müalicəsi üçün işləməyə davam edə bilməyən qadın, bu müddət ərzində həm xəstəliklə, həm də pulsuzluqla vuruşub. Amma sonda həm hansı işi görə biləcəyinin fərqinə varıb, həm də layiq olduğu həyata qovuşub. 
Amanda Provse yazmaq üçün dünyaya gəldiyini dərk edənə qədər müxtəlif işlərdə çalışıb. Hətta xadimə belə, işləyib. Hazırda bir milyonçu olan yazar keçmiş illərdə ciddi maddi sıxıntılar yaşayıb. 2 övladını böyütmək, borclarını ödəmək üçün gecə-gündüz işləyib. Eyni anda 3 işdə çalışan, bir gün, bir saat belə, dincəlməyən qadın, bütün səylərə baxmayaraq, ildə, təxminən, 16.000 avro qazana bilib.
2007-ci ildə yenidən evləndikdən sonra da xərçəng olduğunu öyrənən Amanda müalicəsinə görə işdən ayrılmaq məcburiyyətində qalıb. Və müalicə prosesində onu bir bestseller müəllifi edəcək kitabını yazmağa başlayıb. 2011-ci ildə "həyatın dibə düşdüyünü” deyən Ammanda Londondan valideynlərini ziyarətindən qayıdarkən benzin almağa belə, pul tapmayıb. 
Nəhayət əlyazmalarını göndərdiyi nəşriyyat evlərinin birindən təklif alan Amanda, axır ki, şeytanın ayağını qırmağı bacarıb. 2012-ci ildə ilk kitabı: "Poppy Day” nəşr olunub. 2013-cü ildə bir neçə bestseller yazdığını deyən Amanda, nəhayət, dramaturqluq edərək pul qazanmağa başlayıb.
 İlk böyük gəlirinin 50.000 funt-sterlinq olduğunu qeyd edən müəllif ildə 4 kitab yazdığını və bunun üçün artıqlaması əmək sərf etdiyini deyir. İllik qazancı 1 milyon avro olan yazıçı hər gün 10 saat yazır və bu qaydanı özəl günlərdə, bayramlarda belə, dəyişmir. Bundan başqa, pulunu israf etməkdənsə, təcrübə aparmağa sərf edir və qocalıq günlərinə saxlayır. Maşını olmayan və hələ də əvvəlki kimi kütləvi nəqliyyat vasitələrindən istifadə edən müəllif iki oğlu üçün satın aldığı evdə həyat yoldaşı ilə birlikdə yaşayır. Pulun onlara, digər tərəfdən seçim etmək azadlığı verdiyini deyən Amanda Provse tez-tez səyahətlərə çıxır. 

Bestseller müəllifi olmaq istəyənlərə isə bu tövsiyələri verir:
- Öz həyatınızdan ilham alın və bildiyiniz məsələlərdən yazın. Çünki bilmədiyiniz şeyləri araşdırmaq məqalənizin axarını pozacaq.

-  Yanınızda daima bir bloknot və qələm saxlayın. Beləliklə, ağlınıza gələn cümlələri, ya da müşahidələrinizi xatırlamağa çalışmaq məcburiyyətində qalmazsınız.

- Hər gün yazın! Uzun müddətlik olmasa belə, ən azından bir saatlığa yazın. Beləliklə, hekayə də, xarakterlər də beyninizdə canlı qalır.

- Sosial mediadan effektiv istifadə edin. Nə qədər çox izləyiciniz olsa, kitabınızı çap etmək üçün sıraya girəcək nəşriyyatların sayı da eyni dərəcədə artacaq.

- Ümidinizi itirməyin. Rədd edilsəniz də, yeni qapılar döyməkdən qorxmayın. Nəticədə, "Harri Potter” seriyasından milyonlar qazanan J.K.Rovlinqin belə, məşhur olmazdan əvvəl dəfələrlə geri qaytardığı bir dünyada yaşayırıq.moderator.az
loading...