04 Mart, 23:02   |    Baxış sayı: 1218

Hacıbaba Bağırovun oğlu Aleksandrın və ailəsinin FOTOları yayıldı

Hacıbaba Bağırovun oğlu Aleksandrın və ailəsinin FOTOları yayıldı
Mərhum xalq artisti, tanınmış aktyor Hacıbaba Bağırovun Rusiyada yaşayan oğlunun fotosu yayılıb.

 Ata-oğul sanki bir almanın iki üzüdür.

Qeyd edək ki, Azərbaycanın məşhur gülüş ustası Hacıbaba Bağırov 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Onu "Saşa” deyə çağırıblar. Sənət dostlarının dediyinə görə, o, atasının son günlərinə qədər ona baş çəkib, əlaqə saxlayıb.

Qeyd edək ki, xalq artistinin Aleksandrdan başqa Lalə və Şölə adlı iki qızı var.

Aleksandrın 65, Lalənin 56, Şölənin isə 16 yaşı var.