06 Mart, 09:28   |    Baxış sayı: 1126

Elə vaxt olur ki,yuxuda nə tərpənə bilirsən, nə də qışqıra- DEMƏLİ, SƏNİNLƏ BU BAŞ VERİRMİŞ...

Elə vaxt olur ki,yuxuda nə tərpənə bilirsən, nə də qışqıra- DEMƏLİ, SƏNİNLƏ BU BAŞ VERİRMİŞ...
Sən nə vaxtsa oyanırdın və tərpənə bilmirdin? 
Belə hal hamımızda olub.Gecənin ortasında oyanırıq, hiss edərik ki, tərpənə bilmirik. Ətraf qaranlıqdır, amma sən yad qüvvə hiss edirsən... Səndə dəhşətli qorxu yaranır, qışqırmaq istəyirsən, amma alınmır.Sən hətta naməlum bir səs və ya vizual hallüsinasiyaları hiss edirsən...
Bu hal "yuxu iflici" adlanır. Bundan qorxmaq lazım deyil. 
Beləliklə, yuxu iflici — bu insan beyininin fəaliyyətinin təəccüblü fenomenidir, hansı ki, bizim planetimizin sakinlərinin 8 %-də rast gəlinir . O onunla əlaqəlidir ki, insan əzələləri öz fəaliyyət imkanını itirir.
Bu vəziyyət bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər. Bu zaman insan hərəkət edə və danışa bilmir, amma tamamilə anlayır ki, ona nə olur...
Əksər hallarda yuxu iflicı yeniyetmə yaşında görünməyə başlayır. O irsi, həm də sonradan əldə edilmiş ola bilər. Yuxu iflicinin yaranmasının səbəbləri yuxu pozğunluğu, streslər və günün rejiminin dəyişməsi ola bilər.

Bir neçə sadə üsul var, hansılar ki, bu vəziyyətdən çıxmağa kömək edə bilərlər. Məsələn, öskürməyə və ya yumruğu sıxmağa çalışmaq lazımdır.
Yuxu iflici onun nəticəsidir ki, sənin beyinin artıq oyanır, amma bədən hələ yuxulu vəziyyətdə qalır...
Bu vəziyyət insanın sağlamlığı üçün təhlükəli deyil. O yalnız yuxuya təsir edə bilər.
Yuxu iflici zamanı bəzi insanlar pıçıltı eşidirlər və ya təngnəfəslik hiss edirlər, guya kimsə onların sinəsində oturub.Bu heç də paronormal qüvvələr deyil.
Sadəcə istirahət etmək və stress vəziyyətlərindən çəkinməyə çalışmaq lazımdır .

SaqlamHeyat.az
loading...