04 Sentyabr, 20:49   |    Baxış sayı: 5592

DİQQƏT:Bunları etməklə elektrik sərfiyyatına xərclədiyiniz bulu 2 qat azalda bilərsiniz,1dəqiqə kifayətdir....

DİQQƏT:Bunları etməklə elektrik sərfiyyatına xərclədiyiniz bulu 2 qat azalda bilərsiniz,1dəqiqə kifayətdir....
Bilirsinizmi məişət texnikaları gizli həyat sürə bilirlər və sönür düyməsini basdıqdan sonra da işləməyə davam edirlər? Hansı elektrik cihazları öz ziyankarlığı ilə seçilir və siz onu söndürdükdən sonra da enerji istifadə edir-araşdırırıq.

Telefonsuz adapter
Enerji yığan alət ona heç bir qadjet taxılmasa da enerji istifadə etməyə davam edir. Düzdü bu büdcəmizd o qədər də nəzərə çarpmır, çünki bu alətin gücü çox zəifdir.

Televizor
Sən demə pultta söndür düyməsin basdıqdan sonra biz onu söndürmüş olmuruq, sadəcə onu gözləyən rejimə keçirmiş oluruq. Belə halda o enerji sərf etməyə davam edir. Çox olmasa ilə bir neçə manatlıq enerji işlədir.

Komputerlər və notbuklar
Sönük vəziyyətdə belə notbuk və komputerlər enerji sərf etməyə davam edirlər. Onları cərəyandan ayırmaqla siz ilə bir neçə manat qənaət etmiş olarsınız. Həmçinin bu cihazları gözləyən rejmdə qoyanlar həmin pulu 1.5 dəfə artıra bilərlər.

Saatlı avadanlıqlar
Saat kimi az nəzərə çarpan detal ondan xəbər verir ki bu cihaz hələ də enerji isyifadə etməyə davam edir. Bu cihazları şəbəkədən ayırmaqla siz il ərzində 5 manata qədər qənaət etmiş olursunuz.

Söndürmək lazımdırmı?
Yuxarıda göstərilən rəqəmlər bəlkə kiməsə az görünə bilər amma bəzilərinə isə əksinə inandırıcı görünər. Axı planlaşdırılmamış gərginlik artması nəticəsində yanmış texnikadan çox böyük zərər etmək olar.